intihara-meyilliliyin-genetik-esasi-tapildi

İntihara meyilliliyin genetik əsası tapıldı

İntihara meylli 44 min insanın genomlarını tədqiq edən elm adamları DNT-nin bəzi variasiyalarında intihara meylliliyi artıran bir hissəsinin olduğunu müəyyənləşdiriblər.

Araşdırmanın nəticələri “Biological Psychiatry” elmi jurnalında dərc olunub.

“Əvvəllər yeddinci xromosomun bu bölgəsi müxtəlif psixi pozğunluqlarla, həmçinin yuxu pozğunluqları ilə, riskə və tütünə meylliliklə əlaqələndirilirdi. İndi isə həmin bölgənin intihara meyilliliklə də bağlılığı aşkar olnub”, - deyə tədqiqatın müəlliflərindən biri, Neşvilldəki Vanderbilt Universitetinin dosenti Duqlas Ruderfer bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hər il 700 minə yaxın insan könüllü olaraq intihar edir, daha çox insan isə bunu etməyə çalışır.

Mənbə: TASS