İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməyəcəksə, qüvvədən düşəcək.
İnsider.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 146.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Layihədə 146-1-ci maddəsi də yeni redaksiyada verilir. Bildirilir ki, Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməyibsə, daha icra edilmir.
Layihə parlamentin yaz sessiyasında müzakirə olunacaq.