inzibati-xetalar-mecellesine-emek-pensiyalari-muavinetlerle-bagli-yeni-fesil-elave-edilir

İnzibati Xətalar Məcəlləsinə əmək pensiyaları, müavinətlərlə bağlı yeni fəsil əlavə edilir

İnzibati Xətalar Məcəlləsinə yeni dəyişiklik təklif edilir.

Dəyişikliklə məcəlləyə yeni 16-1-ci Fəsil ( Əmək, məşğulluq, əmək pensiyaları, müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarında) istifadə edilməklə baxılmanın xüsusiyyətləri) əlavə olunur.

Sənədə əsasən, bu sahədə inzibati xətalar müvafiq icra hakimiyyətin orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemləri, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunacaq.

Fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılacaq və müvafiq icra hakimiyyəti orqanının (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının (qurumun) informasiya sisteminə göndəriləcək.

Məcəlləyə dəyişiklik layihəsi parlamentin fevralın 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Report