"Apple"ın istehsal tərəfdaşlarından biri olan "Hon Hai Precision" şirkəti 3-cü rüb ərzində ağıllı telefon və bənzəri cihazların satışlarının düşəcəyini nəzərdə tutur. Bu vəziyyət, ehtiyat hissələri və mikroçip böhranının iPhone istehsalına çox mənfi təsir edə biləcəyi narahatlıqlarına səbəb olur.
iPhone telefonlarını da istehsalı da edən Tayvanın elektronika avadanlıqları istehsalçısı "Hon Hai Precision" şirkətindən verilən məlumata görə, ağıllı telefon və cihaz satışları bu rüb əvvəlki rüb ilə müqayisədə düşəcək.
Normal şərtlərdə üçüncü rübün qlobal elektronika sektorunda istehsalın ən yüksək səviyyəyə çatdığı dövr olması səbəbilə şirkətin bu açıqlaması analitiklər tərəfindən sürpriz olaraq qarşılanıb.
Pandemiya müddətində başlayan çip böhranı iPhone və oyun konsolu kimi müxtəlif məhsulların istehsalına mənfi təsir edib.
"Apple" şirkəti Aprel ayında çip və bəzi ehtiyat hissələri təminatında çətinliklər yaşandığını, İyul sonundakı açıqlamasında da bu vəziyyətin 3-cü rübdə iPhone və iPad satışlarına təsir edəcəyini bildirmişdi.