Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
23 sentyabr 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC–nin AZ2064008686 ISIN-li, 25,000,000.00 manat həcmində, 7200 (7115 qalıq) gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1,007.6736 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,000,000.00 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 25,000,000.00 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 17 mart 2042-ci ildir.