Banklar 2023-cü ilin II rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyirlər.
Mərkəzi Bankdan verilən məlumata görə, 2023-cü ilin I rübünün kreditləşmə fəaliyyətinə dair sorğu nəticələrinə əsasən, bankların kreditləşmə siyasətində yumşalma davam edib.
Bununla belə, ötən rüblərlə müqayisədə həm biznes, həm də istehlak portfelləri üzrə yumşalma tendensiyasında səngimə meyilləri nəzərə çarpıb.
“Son rübdə banklar biznes kreditləri üzrə qısamüddətli və milli valyutada verilən kredit şərtlərində yumşaltmanı azaldıb, o cümlədən, xarici valyutada verilən kredit şərtlərində isə daha da sərtləşməyə gedib. Banklar 2023-cü ilin II rübündə biznes və istehlak portfelləri üzrə kredit standartlarında yumşalma tendensiyasında səngimənin davam edəcəyi qənaətindədirlər. Cari ilin ilk rübündə biznes və istehlak kreditlərinə tələb artımında da səngimə meyilləri nəzərə çarpıb. Bunun əksinə, İKZF hesabına verilən ipoteka portfeli üzrə tələbin artımı müşahidə edilib. Sorğuya əsasən, banklar 2023-cü ilin II rübündə həm biznes, həm istehlak, həm də ipoteka kreditləri üzrə tələbin artacağını gözləyirlər”, - deyə Mərkəzi Bankın açıqlamasında bildirilib.
Trend