Bu ilin iyunun 1-nə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (AİKZF) tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 21,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% çoxdur. Bu barədə İnsider.az Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı statistikaya istinadən xəbər verir.
Statistikaya əsasən, may ayında bu göstərici əvvəlki ayla müqayisədə 28,7%, cari ilin əvvəli ilə müqayisədə isə 7,9% azalıb.