"Fitch Ratings" beynəlxalq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yerli və xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini (IDR) "BB+", reytinq üzrə proqnozu isə "mənfi" səviyyəsində təsdiqləyib.
Məlumata görə, reytinqin və reytinq üzrə proqnozun bu səviyyədə təsdiq olunması İKZF-nin və Azərbaycanın reytinqi və reytinq üzrə proqnozunun bərabər tutulmasını göstərir və məhz bu səbəbdən ölkənin gələcəkdəki reytinqində və ya reytinq üzrə proqnozunda dəyişiklik İKZF-yə birbaşa təsir göstərəcək.
"Fitch" həm də fondun avtonom kredit ödəmək qabiliyyətini Azərbaycanın bu meyar üzrə göstəricisini əks etdirdiyi bildirib.
Bundan başqa, agentlik İKZF-nin "mülkiyyət və nəzarət" üzrə göstəricisini "çox güclü" səviyyədə qiymətləndirib.
APA