iran-abs-ile-muzakire-ehtimalini-redd-etdi

İran ABŞ ilə müzakirə ehtimalını rədd etdi

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra ortaya çıxan gərginliyin iki tərəf üçün "intihar" olduğunu, ancaq Vaşinqton ilə nüvə müzakirəsi ehtimalının olmadığını söyləyib.

İnsider.az xəbər verir ki, Zərif, "ABŞ ilə müzakirə ehtimalı yoxdur. Müzakirə çağırışından əvvəl ABŞ beynəlxalq qaydalara əməl etməlidir" deyib.

Bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Twitter hesabından paylaşdığı mesajında, "Əminim ki, İran yaxında bizimlə danışmaq istəyəcək",- ifadələrini istifadə etmişdi.

İran lideri Əli Xameyni də Trampun müzakirə çağırışına, "ABŞ bu günki rəftarını davam etdirdikcə müzakirə zəhərdir. Bu günki ABŞ hökumətilə aparılacaq müzakirə, iki dəfə zəhərdir",ifadələrilə rədd etmişdi.

©Marja