iran-cin-vetendaslari-ucun-vizasiz-rejim-tetbiq-etdi

İran Çin vətəndaşları üçün vizasız rejim tətbiq etdi

İran hakimiyyəti Çin vətəndaşları, habelə ölkənin xüsusi inzibati bölgələri - Hong Kong və Makao sakinləri üçün vizasız rejimi tətbiq edib.

İnsider.az-ın məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, İrana turist olaraq və ya işgüzar səfərdə olan Çin pasportlarının sahibləri 21 gün ərzində vizasız qalmaq hüququna malikdirlər.

Bu yenilik birtərəfli qaydada tətbiq edilir: İran vətəndaşları hələ də ÇXR-ə səfər etmək üçün bütün sənədləşmə və prosedurlarından keçməlidirlər.

©Trend