iran-dunyanin-en-boyuk-alis-veris-merkezini-xestexanaya-cevirdi

İran dünyanın ən böyük alış-veriş mərkəzini xəstəxanaya çevirdi

Qlobal pandemiya adlandırılan “COVİD-19”dan ən çox zərər görən ölkələrdən biri olan İran Tehranda yerləşən dünyanın ən böyük alış-veriş mərkəzini  xəstəxanaya çevirib.

İran dövlət televiziyasında yer alan açıqlamaya görə, koronavirusa yoluxanların müalicəsi üçün dövlət  “İran Mall”u bir müddətlik xəstəxana kimi istifadə edəcək. 

Tehranın qərb hissəsində yerləşən mərkəzə 3 min çarpayı yerləşdirilib. 

Qeyd edək ki, İranda virusun qarşısını almaq üçün karantin müddətində iri ticarət mərkəzləri bağlanılıb. Son nəticələrə əsasən, ölkədə 27,017 nəfər virusa yoluxub, 2077 nəfər isə həyatını itirib.

© Qafqazinfo

26 Mart 2020 , 14:18   

Saatın ən çox oxuna