iran-gibraltarda-saxlanilan-tankerdeki-nefti-satib

İran Gibraltarda saxlanılan tankerdəki nefti satıb

İran iyulda Gibraltarda saxlanılan "Grace 1" tankerindəki nefti satıb.

İnsider.az xəbər verir ki, İran hökümətinin nümayəndəsi Əli Rəbbinin məlumatına əsasən neftin yeni sahibi gəminin hara istiqamət götürəcəyinə dair qərar verəcək.

Xatırladaq ki, 4 iyulda Gibraltar hakimiyyəti sanksiyalar rejimini pozaraq İran neftini Suriyaya çatdırmaqda şübhəli bilərək Panama bayrağı altında üzən İranın "Grace 1" tankerini saxlayıb. İranın etirazlarından sonra 15 avqustda tanker azad edilir və adını "Adrian Darya"ya dəyişir.

©Finans.az