Təxminən iki aydır İranın Bender-Abbas limanında saxlanılan Böyük Britaniyaya məxsus “Stena Impero” tankeri sərbəst buraxılıb.
İnsider.az-ın verdiyi xəbərə görə, gəmi bu gün dənizə çıxaraq Birləşmiş Ərəb Əmirliklərində yerləşən Port-Paşid istiqamətində hərəkət edib.
Bildirilir ki, əlverişli hava şəraitində və normal sürətlə gedən tanker bir gün ərzində BƏƏ-yə çatacaq.
Xatırladaq ki, Böyük Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri 19 iyulda Hörmüz boğazında İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) tərəfindən beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.Göyərtədə üçü Rusiya vətəndaşı olmaqla ümumilikdə 23 nəfər olub.
©“Qafqazinfo”