iran-nefti-internetle-sata-biler

İran nefti internetlə sata bilər

İran öz neftini internet vasitəsi ilə sata bilər.

İnsider.az xəbər verir ki, bunu elektron bankçılıq sahəsində ekspert İmad İrani deyib.

İ.İraninin sözlərinə görə, neft, qaz və elektriki ixrac etmək üçün ən yaxşı yollardan biri kriptovalyutaların istehsalı və ölkədən xaricə satılmasıdır.

Ekspert əlavə edib ki, hətta İranın Mərkəzi Bankı bu valyutanın ölkəyə qayıtmamasına nəzarət edə bilər. Beləliklə, milli valyutanın dəyərinin düşməsi ilə bağlı nigaranlıqlar da aradan qalxmış olar.

İ.İraninin sözlərinə görə, İranda bir şəxs kriptovalyuta istehsal edirsə, əslində neft və elektriki ixrac edir və dolları idxal edir: "Halbuki bu sahədə sanksiyalara görə İran ciddi problemlərlə üzləşib. İran kriptovalyutanın istehsalı, ixracı və xarici valyutanın ölkəyə gəlməsində sistematik şəkildə müdaxilə etməyə bilər”.

Ekspert bildirib ki, dövlət bu məsələyə müdaxilə etməklə tez bir zamanda müəyyənləşdirə və onun qarşısını ala bilər.

Hazırda İranda enerji daşıyıcılarının xaricə satışında problem var. İran enerji daşıyıcılarını 2-ci və 3-cü kanallardan istifadə edərək satır və həmin tərəflər İranın enerjisini ucuz qiymətə alırlar.

Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və sanksiyaları bir neçə mərhələdə genişləndirib.

©Trend