iran-opec-dagila-biler

İran: OPEC dağıla bilər

İran Neft naziri Bijan Zəngənə, paytaxt Tehranda OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) Baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

İnsider.az xəbər verir ki, qlobal neft bazarı və problemlərinə dair OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə müzakirə apardıqlarını bildirən Zəngənə, "Bəzi OPEC üzvlərinin birtərəfli qərarları səbəbindən OPEC dağıla bilər" - deyib.

İranın öz maraqlarını düşünərək OPEC-ə üzv olduğunu deyən İranın neft naziri, "Əgər OPEC üzvləri İranı təhdid edərsə, bunu cavabsız qoymayacağıq" ifadəsini istifadə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın İran sanksiyalarına dəstək verirlər. Bu ölkələr İranın neft bazarından çıxması vəziyyətində onun yerini tutacaqlarını açıqlayıblar.

©Marja