Rəsmi Tehran OPEC+ formatında əməkdaşlığı mənasız hesab edir.
İnsider.az xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zanqane bildirib.
Onun sözlərinə görə, OPEC+ formatının mənasız olmasına səbəb, OPEC daxilində birliyin olmamasıdır.
O əlavə edib ki, bəzi OPEC üzvü olan ölkələr İrana və digər ölkələrə qarşı düşmənçilik edir.
Zanqane əlavə olaraq vurğulayıb ki, İran kartelə daxil olmayan ölkələrlə də müqaviləni dəstəkləyir: “İran OPEC-i tərk etməyəcək. Ancaq mən əminəm ki, OPEC ölür. Buna səbəb isə alyansda qərarların qəbul edilməsi məsələsi Moskvanın və Ər-Riyadın əlinə keçib”.
Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanının alyansdakı hakimiyyətinin güclənməsi OPEC-də əməkdaşlığa təsir göstərəcək.
© Report