iran-parlamentinin-sedri-olkede-derman-qitligi-var

İran parlamentinin sədri: "Ölkədə dərman qıtlığı var"

“İranda gömrük anbarları dərman preparatları ilə dolu olduğu halda apteklərdə qıtlıq var”.

Bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.

Onun sözlərinə görə, ölkədə dərman çatışmazlığı fəlakət həddindədir: “Səhiyyə Nazirliyinin məmurları bu istiqamətdə heç bir fəaliyyət göstərmir”. M.Qalibaf bunu cəmiyyətə qarşı psixoloji təzyiq kimi dəyərləndirib.

Məlumata görə, bir sıra dərman istehsalçıları qıtlığın yarana biləcəyi ilə bağlı ötən il hakimiyyəti xəbərdar etmişdi. Farmakoloji sənayenin həmkarlar ittifaqlarının başçıları bildirib ki, İranda 200-dən çox adda dərman preparatı çatışmır.

Bildirilib ki, dərman qıtlığı yaşansa da, İrandan Rusiya və Venesuelaya dərman ixrac edilir. Bu isə əhalinin kəskin etirazları ilə qarşılanır.