İranda qadınlar üçün mövcud futbol matçına olan qadağa bir dəfə götürüləcək. İran qadınlarına dünya çempionatı üzrə seçim turnirinin oyununu izləməyinə icazə verilib. İnsider.az bunu “Radio Svoboda”-ya istinadla bildirir.
Ölkənin idman nazirinin müavini Cəmşid Tağızadənin bildirdiyinə görə, qadınlar oktyabrın 10-u İran komandasının Tehrandakı Azadi stadionunda Kambocaya qarşı keçirilən kvalifikasiya matçına gələ biləcəklər.
Qeyd edək ki, İran höküməti stadionlara qadağanın iran qadınlarını kişi azarkeşlərdən səslənən qeyri-normativ ifadələrdən qoruduğunu bəyan edir. İllər boyu mövcud olan qadağa ancaq nadir hallarda ayrıca qadın izləyici qrupları üçün aradan götürülürdü.
Samirə Məmmədova