İran Milli Neft Şirkəti (NIOC) çərşənbə axşamı İran Energetika Birjasında (IRENEX) 2 milyon barel yüngül neft təklif edəcək.
İnsider.az xəbər verir ki, bu təklif mərhələsi üçün baza qiyməti 67,32 dollar/barel təşkil edir.
Qeyd edək ki, NIOC məhsullarını fond birjasına çıxardığı son 7 ay ərzində IRENEX-də 17 təklif vasitəsilə 1,085 milyon barel xam neft - həm yüngül, həm də ağır, eləcə də qaz kondensatı satıb.
ABŞ-ın 2018-ci ildə İranla nüvə sazişindən çıxmasından və İran neftinin ixracını sıfıra endirəcəyini vəd etməsindən sonra İslam Respublikası Birləşmiş Ştatların hərəkətlərinə qarşı və neft ixracının mümkün qədər çox olması üçün müxtəlif addımlar atır. İranın neft ixracını reallaşdırmaq üçün seçdiyi əsas strategiyalardan biri də neft satışı mexanizminin diversifikasiyası üçün yeni yollar tapmaqdır. Ölkənin fond bazarında neft təklif edilməsi isə bu yollardan biridir.
Xatırladaq ki, NIOC IRENEX-də ilk dəfə 2018-ci il oktyabrın 28-də - ABŞ-ın İranın neft sektoruna qarşı yeni sanksiyaları qüvvəyə minməmişdən (4 noyabr) bir neçə gün əvvəl yüngül neft təklif edib. İlk mərhələdə NIOC 74,85 dollar/barel qiymətinə, təqribən, 280 min barel xam neft satmağı bacarmışdı.
©"Report"