İran hökuməti tibbi maskaların ixracına müvəqqəti qadağa tətbiq edilməsi barədə qərar qəbul edib.
İnsider.az xəbər verir ki, bu barədə İran Sənaye, Mədən və Ticarət Nazirliyinin nümayəndəsi və koronavirusla mübarizə üzrə İşçi qrupunun katibi Cəmşid Qolpur məlumat verib.
O bildirib ki, qadağa İran hakimiyyət orqanlarının iyulun 5-dən ictimai yerlərdə və qurumlarda tibbi maskaların məcburi taxılması ilə əlaqədar qəbul etdiyi qərardan sonra tətbiq olunub.
Xatırladaq ki, İranda son sutka ərzində COVID-19 virusundan 163 xəstə vəfat edib. Bu, pandemiya başlayandan bəri ölkədə bir gün ərzində qeydə alınan ən böyük ölüm sayıdır.
Oxu.Az