İranın Azad İslam Universiteti Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə filialını açacaq.
İnsider. az xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xameneinin müşaviri, Azad İslam Universitetinin rektoru Əli Əkbər Vilayəti deyib.
Ə.Vilayəti əlavə edib ki, hazırda universitetin Əfqanıstan, BƏƏ və Livanda filialları fəaliyyət göstərir: "Universitetin proqramında nəzərdə tutulub ki, yeni filiallarımızı Suriya, İraq, Azərbaycan və bölgənin digər ölkələrində də açaq".
© APA