“PSA Group” fransız avtomobil konserni 2019-cu ilin ilk altı ayı üzrə satışına dair hesabat verdi (.pdf). İnsider.az bunu “Kommersant”-a istinadla xəbər verir.
Şirkət ilk yarım ildə 1,9 milyondan bir az çox avtomobilin satışını reallaşdıra bilib. Bu, 2018-ci ilin göstəricilərindən 12,8% pis nəticədir. Bu dərəcədə mənfi dinamikanın əsas səbəbləri avtoistehsalçının İran bazarından gedişi, həmçinin Çin bazarındakı məğubiyyəti oldu.
Qeyd edək ki, “PSA” avtomobillərini İranda ötən ilin mayın 1-dək satırdı. 2018-ci ilin ilk dörd ayı üzrə şirkət burada 144 min maşın satmağa nail oldu. Çinə gəldikdə isə, burada şirkət cəmisi 64 min avtomobil satışına nail ola bilib.
Samirə Məmmədova