Bütün sanksiyalara baxmayaraq, İran öz neftini satır.
İnsider.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi IRINN-ə açıqlamasında deyib.
A.Musəvinin sözlərinə görə, heç nə İran İslam Respublikasının neft satışına mane ola bilməz.
Musəvi əlavə edib ki, “Adrian Darya 1” öz məqsədinə gedib, nefti də satılıb.
“Hazırda bu gəmi Aralıq dənizi sahillərindədir. Artıq “Adrian Darya 1” tankerinin sahibi bu gəmi haqda qərar verir.” –deyə o qeyd edib.
Qeyd edək ki, 4 iyulda İrana məxsus “Grace 1” neft tankeri Suriyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinərək Britaniya hərbçiləri tərəfindən Cəbəllütariqdə saxlanmışdı. Sonradan adını “Adrian Darya 1”-ə dəyişən neft tankeri 19 avqustda Cəbəllütariqi tərk edib.
İran hökumətinin sözçüsü Əli Rəbii 26 avqustda tankerin nefti ilə birlikdə satıldığını bildirib.
©Trend