2021-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 dəfə artaraq 530,2 min nəfər olmuşdur.
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5 dəfə artaraq 70,5 min nəfərə çatıb.
Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,5 dəfə artıb.
Ölkə vətəndaşlarının 46,8 faizi (248,1 min nəfəri) Türkiyəyə, 15,6 faizi (82,7 min nəfəri) Rusiya Federasiyasına, 13,3 faizi İrana (70,5 min nəfəri), 8,2 faizi Gürcüstana, 16,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil etmişdir.
2022-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 55,4 faizi hava, 41,8 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Marja