irana-sanksiyalar-legv-edilsin-teklifine-trampdan-cavab

"İrana sanksiyalar ləğv edilsin" təklifinə Trampdan cavab

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin sanksiyaların ləğv edilməsi vəziyyətində ölkəsinin müzakirələrə hazır olduğu barədə sözlərinə ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabından cavab verib.

İnsider.az xəbər verir ki, Donald Tramp, ''İranın Xarici işlər naziri, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları ləğv edərsə danışıqlara başlaya biləcəklərini söyləyir. Xeyr, təşəkkürlər!'',- şəkilində cavab yazıb.

İranın Xarici işlər naziri Zərif, Almaniya mətbuatına verdiyi müsahibəsində, ''Bizim üçün Ağ Evdə kimin oturduğunun bir əhəmiyyəti yoxdur, əhəmiyyətli olan necə hərəkət etdikləridir. Trampın rəhbərlik etdiyi hökumət keçmişdəki səhvini düzəldə bilər, sanksiyaları ləğv edə bilər və müzakirə masasına geri dönə bilər. Biz hələ müzakirə masasındayıq, ayrılan onlardır" - deyib.

Marja