İranda Bitkoin qadağan edilib. İnsider.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankının sədr müavini Nasir Hakimi məlumat verib. Onun sözlərinə görə, bu barədə İranın Çirkli Pullarla Mübarizə Ali Şurasının qərarı ilə verilib.
Hakimi kripto valyutalara investisiyaların riskli olduğunu bildirib: "İranda Bitkoin alıb - satmaq qadağandır. Bitkoinin qiymət dəyişməsi çox olduğuna görə risklidir. Buna görə də, vətəndaşların bu oyuna girməməsini tövsiyə edirəm".
Ancaq Hakimi əlavə edib ki, Bitkoinin mayninqi hələ ki qadağan edilməyib.
Bir müddət öncə ABŞ-ın sanksiyaları ilə beynəlxalq ticarətdə çətinlik çəkən İranda Bitkon istehsalı kəskin artıb. Qeyd edək ki, böyük elektrik sərfiyyatına görə, “Bitcoin mayninq” ilə məşğul olanlar dövlətin ucuz enerji satdığı fabriklərə, kənd təsərrüfatı sahələrinə, ictimai qurumlara və məktəblərə yönəliblər. İranda isə məscidlərə enerji pulsuz verilir. Bu ölkədə məscidlərin və digər obyektlərin enerji ilə pulsuz təminatı üçün ildə 1 milyard dollar xərclənir.
Ona görə də bu ölkədəki bəzi diribaş sahibkarlar bitkoin istehsalı üçün məhz məscidlərə üz tutublar.
©FED.az