İranın Sistan və Bəlucistan əyalətində qum fırtınası baş verib.
Kadrlarda əvvəlcə üfüqdə fırlanan buludlar peyda olur. Sonra isə görmə qabiliyyəti demək olar ki, sıfıra enir və sürəti 30 m/s-ə çatan külək nəticəsində palma ağacları əyilir.
Məlumata görə, geniş ərazini əhatə edən təbii fəlakət nəticəsində 330 nəfər xəsarət alıb. Onlardan 57-si xəstəxanaya yerləşdirilib.
Oxu.Az