iranda-etiraz-aksiyasinda-mektebliye-24-ates-acildi-foto-video

İranda etiraz aksiyasında məktəbliyə 24 atəş açıldı – FOTO/VİDEO

İranın ikinci böyük şəhəri Məşhəddə 17 yaşlı məktəbli aksiyalar zamanı öldürülüb.

Məlumata görə hökumət əleyhinə nümayişlər zamanı Əbülfəzl Adinazadəyə hüquq mühafizəçiləri tərəfindən yaxın məsafədən atəş açılıb.

Yeniyetmənin ölüm şəhadətnaməsində onun güllə yarası nəticəsində yaranan qaraciyər və böyrək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub.

Həkimin sözlərinə görə, yeniyetməyə bir metrdən də az məsafədən atəş açılıb.

Əbülfəzlin atası övladının 24 güllə ilə vurulduğunu deyib.

Rəsmi qurumlar Məşhəddə yeniyetmənin ölümü ilə bağlı heç bir açıqlama verməyib.