iranda-exlaq-polisi-genc-qizi-doyub-video

İranda “Əxlaq polisi” gənc qızı döyüb - VİDEO

İranda “Əxlaq polisi” gənc qızı döyüb.

“Azad İran” “Telegram” kanalı bununla bağlı görüntülər təqdim edib.

Məlumata görə, hadisə Əhvaz şəhərinin sahil parkında baş verib. “Əxlaq polisi”nin əməkdaşları məcburi hicab tələbinə əməl etməyən qızlara qarşı zorakılıq göstəriblər, hətta onlardan birini döyüblər.

Kadrlarda qızlardan birinin polis əməkdaşından rəfiqəsini niyə döyüldüyünü soruşduğu, onun isə bütün baş verənləri inkar etdiyi görünür.