İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rzayi istefa verib.
O, İran prezidentinin sərəncamı ilə İranın Ali İqtisadi Əlaqələndirmə Şurasının katibi təyin edilib.
Qeyd edək ki, Möhsün Rzayi İran Məsləhət Şurasının katibidir. 1981-1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri olub.
Möhsün Rzayi prezident seçkilərində 3 dəfə namizədliyini irəli sürüb.