İranın cənubunda təxminən 1 trilyon kubmetr ehtiyatl olan təbii qaz ehtiyatı aşkar edilib.
İnsider.az İran mətbuatına istinadən xəbər verir ki, yataq ölkənin Fars əyalətində, 3 900 metr dərinlikdə yerləşir.
İran Milli Neft Şirkətinin kəşfiyyat direktoru Salih Hindi bu yatağın paytaxt Tehranın "mavi yanacağ"a olan 16 illik tələbatını ödəmək iqtidarında olduğunu deyib.
Xatırladaq ki, İranın qaz ehtiyatları 33 trilyon kubmetrdir və bu baxımdam islam respublikası dünyada Rusiyadan sonra 2-ci yeri tutur.
Report