iranda-yerli-coviran-bereket-peyvendinin-istifadesine-icaze-verilib

İranda yerli “Covİran Bərəkət” peyvəndinin istifadəsinə icazə verilib

İran Səhiyyə Nazirliyi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı yerli “Covİran Bərəkət” peyvəndinin istifadəsinə icazə verib.

Bu barədə İranın səhiyyə naziri Səid Nəməki bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi bu gün yerli “Covİran Bərəkət” vaksinin kütləvi şəkildə istifadəsinə icazə verib.

Nazir qeyd edib ki, hazırda ölkədə bu vaksindən bir milyon doza istehsal edilib.

Xatırladaq ki, “Covİran Bərəkət” vaksini İranda Rusiya və Çin peyvəndlərindən sonra istifadə edilən ilk yerli vaksindir.

APA