İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi Koreya Xalq Demokratik Respublikası parlamentinin nümayəndə heyəti ilə görüşüb.
İnsider.az xəbər verir ki, görüşdə A.Əraqçi Şimali Koreyadan olan nümayəndə heyətinə ABŞ-a inanmamağı tövsiyə edib.
"ABŞ Birgə Hərtərəfli Hərəkət Planından çıxanda olduğu kimi, Şimali Koreya ilə danışıqlarda da göstərdi ki, onlara etibar etmək olmaz", - XİN rəsmisi qeyd edib.
O, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Pxenyana səfər etmək planının olduğunu da deyib.
Oxu.az