İranın milli valyutasının məzənnəsi son 2 il üzrə ən aşağı həddə düşüb.
İnsider.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yayıb.
Məlumata görə, hazırda qonşu ölkədə ABŞ dollarının rəsmi məzənnəsi 4,2 tümən (42 min rial) olsa da, 1 Amerika valyutası əldə etmək üçün azı 17 tümən (170 min rial) ödəmək lazımdır. Bu isə 2018-ci ilin sentyabr ayından bəri ən yüksək həddir.
Xatırladaq ki, bir neçə gün əvvəl İranın I vitse-prezidenti İshaq Cahangiri ölkə iqtisadiyyatın son dərəcə ağır vəziyyətdə olduğunu bildirmişdi. Onun sözlərinə görə, buna səbəb ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar neftin rekord həddə ucuzlaşmasıdır.
Mayın 4-də İran parlamenti ölkənin milli valyutasının adının dəyişdirilməsi və denominasiyası haqqında qanun layihəsini təsdiqləyib. Bununla da, İranda milli valyuta rial deyil, indiyə qədər xalq arasında deyildiyi kimi tümən adlanmağa başlayıb. Bir tümən isə 10 000 riala bərabər götürülüb. Bu, yerli pul vahidindən 4 sıfırın silinməsi deməkdir.
Report