iranla-azerbaycan-arasinda-sernisin-dovriyyesi-artib

İranla Azərbaycan arasında sərnişin dövriyyəsi artıb

Son dörd ay ərzində İranla Azərbaycan arasında Bileh Savar sərhədindən sərnişin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% artıb.

İnsider.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Sərhəd dövriyyəsinin artımına səbəb azərbaycanlıların əsasən Ərdəbilə səfər etmələri ilə əlaqədardır. Belə ki, mal almaq, həmçinin müalicə və ailələləri ilə görüşmək üçün səfər edirlər.

Qeyd edilib ki, bu sərhəddən 250 053 iranlı, 235 031 xarici vətəndaş keçib.

Vurğulanır ki, İrana səfər edənlər arasında İraq, Azərbaycan, Əfqanıstan,Türkiyə, Pakistan vətəndaşları yer alıb.  

Report