irevandaki-partlayisda-dagintilar-altinda-qalanlarin-sayi-belli-oldu-yenilenib

İrəvandakı partlayışda dağıntılar altında qalanların sayı bəlli oldu - YENİLƏNİB

İrəvanın “Surmalu” bazarında baş verən partlayışda dağıntılar altında qalan 18 nəfərin axtarışları davam etdirilir.

Bu barədə ölkənin fövqəladə hallar naziri Armen Pambuxçyan jurnalistlərə bildirib.

O qeyd edib ki, dağıntılar altından ölənlər də daxil olmaqla 16 vətəndaş çıxarılıb.

“Hazırda barələrində məlumat olan 18 nəfərin axtarışları davam etdirilir. Onların ticarət mərkəzinə gələnlər və ya oranın işçiləri olduğu məlumdur. Hazırda 23 vətəndaş müxtəlif tibb məntəqələrində müalicə alır”, - erməni nazir deyib.

Onun sözlərinə görə, yanğın söndürülsə də, anbarda hələ də pirotexniki materiallar, eləcə də tez alışan plastik məmulatlar qalır və bir neçə gün ərzində yanğınlar baş verə bilər.

09:04

Bazar günü İrəvanın “Surmalu” topdansatış bazarında baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib.

61 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 36-sının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

Oxu.Az