is-axtarisi-zamani-en-cox-teleb-olunan-bacariqlar

İş axtarışı zamanı ən çox tələb olunan BACARIQLAR

Bir çoxları iş tapmaq üçün hansı bacarıqların faydalı olacaqları barədə düşünür. Bu sual təkcə iş axtarışında olanları deyil, həmçinin gələcək ixtisasını, həmçinin işəgötürənlərin özünü seçənləri də narahat edir.

Lakin “LinkedIn”-in buna cavabı var.

Saytın ekspertləri öz yeni "Future of Skills" (“Bacarıqların gələcəyi”) hesabatında dünyanın ən dinamik inkişafda olan Asiya-Sakit okean regionunda 600 milyondan çox peşəkar icmanın verilənlərini toplayıblar.

Bu verilənləri təhlil edərək, ekspertlər qiymətləndiriləcək lazımi bacarıqların siyahısını hazırlayıblar.

İnsider.az əmin bacarıqları təqdim edir.

Süni intellekt

Süni intellekt get-gedə qərarların qəbul edilməsində daha da əhəmiyyətli rol oynayır. Belə ki, “Airbnb” potensial qonaqlar üçün hansı şəkillərin daha cəlbedici olduğunu anlamaq üçün vizual tanıma texnologiasından faydalanır.

Vəzifələr:

• Biznes-analitik

• Verilənlərlə iş üzrə alim

• Proqram mühəndisi

Blokçeyn

Blokçeyn xüsusilə son illərdə məşhurlaşdı, çünki o, bitkoin kimi kriptovalyuta texnologiyaların əsasında yatır. Lakin texnologiyanın özü qat-qat geniş istifadə olunur. Bu gün bu texnologiya hüquqşünaslıq, təhlükəsizlik və hətta təhsildə istifadə edilir.

Vəzifələr:

• Blokçeyn tərtibatçısı

• Texniki direktor

• Məsləhətçi

Normativlərə cavab vermə

Müasir dünyada şirkətlər çalışdıqları hər bir ölkənin müxtəlif tənzimləyici normativlərinə uyğun olduqlarına əmin olmalıdırlar. Bu, normativlərin uyğunluğu sahəsindəki ekspertlərin populyarlığının artmasına səbəb oldu.

Vəzifələr:

• Verilənlərin emalı və təhlili üzrə direktor

• Normativ-hüquq müvafiqliyinə nəzarət üzrə mütəxəssis

• Risklərin idarə edilməsi üzrə mütəxəssis

Fasiləsiz inteqrasiya

Proqram təminatında fasiləsiz inteqrasiya bir platforma çərçivəsində bütün proqramların işinin müntəzəm bir araya sığışdırılması deməkdir. Belə mütəxəssisin vəzifəsi bütün problemləri erkən mərhələdə sezməkdir.

Vəzifələr:

• Tərtibat və istismar inteqrasiyası üzrə mütəxəssis

• Texnologiyalar mühəndisi

• Proqram mühəndisi

Müştəri tətbiqləri tərtibatı

Müasir dünyada bu prosses praktki olaraq bütün sahələrdə tələb olunur. Bu, verilənlərin qrafik interfeysə və ya veb-səhifələrə konvertasiya prossesidir.

Vəzifələr:

• Müştəri tətbiqləri tərtibatçısı

• Texnologiyalar mühəndisi

• Veb-tərtibatçı

Jestlərin müəyyən edilməsi texnologiyası

Bu texnologiya kompüterlərə insan jestlərini tanımağı öyrədərək, insanlar və maşınlar arasındakı boşluğu aradan qaldırmağa yönlənib. Texnologiya bankinq, ali təhsil və reklamda istifadə olunacaq.

Vəzifələr:

• Mobil platformalar mühəndisi

• Tədqiqatçı

• Proqram mühəndisi

İnsana səmtləndirilmiş dizayn

İnsana səmtləndirilmiş dizaynın hədəfi istifadəçi təcrübəsini bütün dizayner həllərinin başına qoymaqdır.

Vəzifələr:

• Qrafik dizayner

• Məhsulların dizayneri

• İstifadəçi təcrübəsi dizayneri

Prosseslərin robotlaşdırılmış avtomatlaşdırılması

Bu, biznes prosseslərinin avtomatlaşdırma formasıdır. Robot və ya süni intellektin istifadəsi iri həcmdə təkrarlanan məsələləri avtomatlaşdırmağa kömək edir.

Vəzifələr:

• Biznes-analitik

• Məsləhətçi

• Robototexnika üzrə mütəxəssis

Sosial şəbəkələrdə marketinq

Sosial şəbəkələrdə marketinq məhsulların və ya xidmətlərin irəli çəkilməsi üçün sosial şəbəkələri istifadə edir.

Vəzifələr:

• Rəqəmsal marketinq üzrə mütəxəssis

• Marketinq üzrə menecer

• Sosial şəbəkələrdə marketinq üzrə menecer

Sənəd dövriyyəsinin avtomatlaşdırılması

Bu, sənədlərin emalının avtomalaşdırma prossesi, işçilər üçün digər, daha qəliz məsələlərin icrası üçün vaxtı və bacarıqları azad etməyə kömək edən, təkrarlanan proseslərin avtomatlaşdırmasıdır.

Vəzifələr:

• Məsləhətçi

• Layihə meneceri

• Proqram mühəndisi

Samirə Məmmədova