iscileri-vaksin-olunmayan-sirketler-baglana-biler

İşçiləri vaksin olunmayan şirkətlər bağlana bilər

Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov əhaliyə bir daha vaksin olunmaqla bağlı çağırış edib. 

O qeyd edib ki, iyulun 1-dən idman-sağlamlıq mərkəzlərində COVID pasportu tətbiq ediləcək: 

“İyulun 1-dən hansı obyektlərin ki, 80 faiz işçilərinin sənədi yoxdur, onlara xəbərdarlıq ediləcək və hətta onlar bağlanıla bilər. Bu həm də konsert, teatr və şənlik salonlarına da aid ediləcək. Gələcəkdə bu xidmətlərdən istifadə etmək istəyi olan vətəndaşlara təcili vaksinasiyadan keçmək tövsiyə olunur”.

“Qafqazinfo”