isden-cixarilmaq-qorxusu-sindrom-ya-realliq

İşdən çıxarılmaq qorxusu -  Sindrom,ya reallıq?

Nə qədər çalışsanız da, rəhbərliyiniz daim düşünür ki, siz kiifayət qədər işləmirsiniz. Bəzən isə hətta düşünürsünüz ki, rəhbərlik getməyinizi istəyir. Bu ssenari tanış gəlirmi?

Əgər elədirsə, menecmentlik üzrə bestseller müəllifi Süzi Velçin sözlərinə əsasən, sizdə “uğursuzluğun müəyyənləşdirilməsi” sindromu müşahidə olunur. Bu təşkilati dinamika ilk dəfə fransız alimi Jan-Fransua Mandzoni və Jan-Lui Barsu tərəfindən 1998-ci ildə “Nə üçün yaxşı işçilər bəzən sanki “partlayırlar?”” mövzusunda aparılmış tədqiqatın bir hissəsi kimi müəyyən edilmişdi.

“Hər şey yaxşı əməkdaşın cəmi bircə dəfə lazımi səviyyədə işləməməsindən başlayır. Belə bir vəziyyət rəhbərliyin əməkdaşın işinə şübhə ilə yanaşmasına və nəticədə, onu tez-tez idarə etməyinə gətirib çıxarır”, - deyə S.Velç bildirir və əlavə edir ki, əməkdaş da  öz növbəsində bu dəyişikliyi hiss edir və özünə inamı itirir.

“Belə olduqda isə, rəhbərlik əməkdaşın bacarığında get-gedə daha da şübhələnməyə başlayır və onunla bağlı gözləntiləri azaldır və bu da işçinin özünə inamı və işinin effekliyinin get-gedə daha da azalmağına gətirib çıxarır”, - S.Velç bildirir.

Manzoni və Barsunun tədqiqadlarna əsasən,ı belə bir vəziyyət heç də həmişə pis niyyətlə yaranmır. Çox vaxt rəhbərlik düşünür ki, əməkdaşına kömək edir. 

“Adətən, müdriyyət onların nəzarəti olmadığı təqdirdə, işin keyfiyyətinin düşməyindən narahatlıq keçirir. İşçiləri isə, onların sözəbaxan, göstərişləri yerinə yetirən olduqları təqdirdə, rəhbərliyin niyə narazı  qalmağı narahat edir”,- deyə S.Velç birdirir və əlavə edir ki, sonunda isə işçi özünə “Niyə müdir xoşbəxt deyil?” sualını verir. Nəticə isə demək olar, həmişə eynidir – işçi ya öz istəyi, ya da rəhbərliyin göstərişi ilə işdən getməli olur.

Əgər sizə belə bir vəziyyət tanışdırsa,  Velç dərhal hərəkətə keçməyi məsləhət görür: “Rəhbərliyinizə onların güvənə bildikləri “aktiv” olduğunuzu göstərmək üçün əlinizdən gələni edin”.

“Sizə tapşırılan işi ikiqat yerinə yetirin. Başqalarının yan keçdiyi işi də öhdənizə götürün. Hər verilən tapşırığı entuziazmla qarşılayın. Nəhayət, əgər işinizi itirmək istəmir, menecerlə münasibəti bərpa etmək istəyirsinizsə, dilemmanı səhv anlamayın və “əminlik və qərarlılıq” göstərin. Paranoya ilə vidalaşın”, - deyə Velç bildirir.