iseduzelmede-vasitecilik-edenlere-dair-yeni-telebler-quvveye-mindi

İşədüzəlmədə vasitəçilik edənlərə dair yeni tələblər qüvvəyə mindi

Nazirlər Kabineti "İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər"i təsdiq edib.

İnsider.az xəbər verir ki, işədüzəlmədə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən elektron qaydada aparılacaqdır. 

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestri  “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsində nəzərdə tutulan işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində məlumatların məcmusudur.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblər aşağıdakılardır:
- Reyestrdə qeydiyyatdan keçməlidir;
- iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;
-işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;
-Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.