İŞİD terror qruplaşmasının üzvləri Suriya səhrasında ordu karvanının marşrutu boyunca pusqu qurublar.
Silahlılar Mahatta es-Selisa neft stansiyasından 50 kilometr aralıda hərbi avtobuslardan birinə atəş açıblar. Nəticədə 5 əsgər həlak olub, daha 20 əsgər yaralanıb.
İŞİD dəstələri son aylar Suriyanın şərqində nəzərəçarpacaq dərəcədə güclənib və ordunun nəzarət-buraxılış məntəqələrinə və hərbi nəqliyyat karvanlarına bir neçə hücum həyata keçirib, hökumət qoşunları itki verib.
Mənbə: TASS