ispaniyanin-bezi-erazileri-felaket-zonasi-elan-edildi

İspaniyanın bəzi əraziləri fəlakət zonası elan edildi

İspaniya hökuməti ölkənin 13 muxtar cəmiyyətinin ərazisini fəlakət zonası elan edib.

Meşə yanğınlarından ən çox Avila (Kastiliya Leon) əziyyət çəkir. Burada artıq 22 min hektar ərazi külə dönüb.

Bildirilib ki, fəlakət zonası elan edilən bölgələrə hökumət tərəfindən müvafiq şəkildə yardımlar göstəriləcək.

Qeyd olunub ki, İspaniyadakı builiki yanğınların sahəsi ötənilkindən iki dəfə çoxdur. Ölkə üzrə 46 min hektardan çox meşə ərazisi təbii fəlakət nəticəsində məhv olub.