İspaniyanın keçmiş kralı Birinci Xuan Karlos avqustun 3-dən etibarən Birləşmiş Ərəb Əmirliklərindədir.
İnsider.az xəbər verir ki, o, bu barədə hazırkı kral Altıncı Felipeyə bildirib.
1975-2014-cü illər ərzində İspaniyanın taxt-tac sahibi olmuş, Franko diktaturasından sonra ölkənin demokratiya yolunu açması ilə tanınan 82 yaşlı Xuan Karlos 2014-cü ilin 18 iyununda taxtını oğlu Felipeyə təhvil vermiş, 2019-cu ilin 2 iyun tarixindən etibarən isə krallıq ailəsidəki bütün rəsmi öhdəliklərinin başa çatdığını elan etmişdi.
2012-ci ildə İspaniya konsorsiumunun qalib gəldiyi Məkkə - Mədinə sürətli dəmir yolu layihəsində komissiya haqqı almaqda ittiham edilən, İspaniya və İsveçrə məhkəmələrində haqqında korrupsiya davaları olan keçmiş kralın dövlətdən aldığı 198 945 avro məbləğində maaşı bu ilin iyun ayından ödənilmirdi.
Korrupsiya və əyintilərlə bağlı ittihamların kral ailəsinin nüfuzuna xələl gətirdiyi üçün Xuan Karlos avqustun 3-dən ölkəni tərk edib.
Report