İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri Qəzza zolağında HƏMAS-ın xüsusi əməliyyatlarına cavabdeh olan Camal Musanı məhv edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusunun döyüşçüləri HƏMAS terror təşkilatı üçün xüsusi əməliyyatlara cavabdeh olan Camal Musa da daxil olmaqla bir neçə HƏMAS terrorçusunu məhv edib. Bundan əlavə, İsrail ordusunun əsgərləri HƏMAS-ın quru döyüşlərində batalyon komandirlərini öldürüblər”, - deyə məlumatda bildirilir.