israil-ordusu-ilk-defe-qezza-zolagina-daxil-oldu

İsrail ordusu ilk dəfə Qəzza zolağına daxil oldu

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının şimalında tanklardan istifadə edərək gecə saatlarında məqsədyönlü reyd keçirib.

Bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

“Gecə ərzində İsrail ordusu döyüşlərin növbəti mərhələlərinə hazırlıq məqsədilə Qəzza zolağının şimalında məqsədyönlü tank reydi həyata keçirib. Reydin sonunda əsgərlər ərazini tərk ediblər”, - məlumatda qeyd olunub.

Məlumatda həmçinin bildirilib ki, İsrail ordusu həmçinin gecə saatları ərzində HƏMAS yaraqlılarına, onların infrastrukturuna, həmçinin Qəzza zolağının şimalında tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib.

Oxu.Az