İsrail Prezidenti İsaak Hersoq Türkiyəyə səfər edəcək.
İ.Hersoqun Türkiyəyə səfəri 9-10 mart tarixinə planlaşdırılıb.
Ötən aylarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkənin kəşfiyyat qurumlarının İsraillə yeni bir prosesə başlanılıb-başlamayacağını müzakirə etdiklərini və bu açıqlamanın gündəmdə mühüm yer tutduğunu bildirmişdi.
Daha sonra həm Türkiyədən, həm də İsraildən “dialoq” mesajları gəlib. 2022-ci ilin yanvarında iki ölkənin xarici işlər nazirləri son 13 ildə ilk dəfə telefonla danışıblar.
Prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal 16-17 fevral 2022-ci il tarixlərində Fələstin və İsrailə səfər edəcəklər.
Nümayəndə heyəti Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunacaq və Fələstin rəsmiləri ilə danışıqlar aparacaq.
Həmçinin, onlar İsrail hökuməti ilə də görüşəcək, İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfərinə hazırlıq məsələlərini müzakirə edəcək və siyasi məsləhətləşmələr aparacaqlar.
İsrailin xarici işlər və enerji nazirləri Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gedəcəklər.
Oxu.Az