Bu gün İsrail Knessetində (parlamentində) ölkənin 11-ci prezidenti seçiləcək.
Seçkilərdə prezident kürsüsü uğrunda 2 namizəd mübarizə aparır. Bu, İsrail üçün Yəhudi Agentliyi "Sokhnut" un rəhbəri İzhak Herzoq və ölkə tarixində prezidentliyə namizəd ikinci qadın, 2018-ci ildə nüfuzlu İsrail mükafatına layiq görülmüş Miriam Peretzdir.
Hazırkı Prezident Reuven Rivlinin səlahiyyət müddəti iyulun 9-da başa çatır. Qanuna görə, onun xələfinin seçimi bu tarixdən ən geci 30 gün əvvəl keçirilməlidir.
Qeyd edək ki, İsraildə prezident səlahiyyətlərinin yerinə yetirilməsi üçün 7 illik müddət müəyyən edilib. Ölkə rəhbəri vəzifəsini 1 dəfədən artıq tutmaq olmaz.
Report