issizlikden-sigorta-fondunun-gelirleri-ve-xercleri-artirilir

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri artırılır

Milli Məclisin bu gün keçirilən iclasında “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda qəbul edilib. 

İnsider.az xəbər verir ki, Qanunla İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılır. 

Belə ki, fondun cari ilin büdcəsinin gəlirləri və xərcləri artırılaraq 98 milyon 451 min 400 manata çatdırılır.

Bundan əvvəl, İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri 83 milyon 451 min 400 manat, xərcləri 83 milyon 451 min 400 manat məbləğində təsdiq edilmişdi.