Türkiyənin İstanbul da daxil olmaqla 55 şəhərinə güclü qar yağacaq.
“Haber Global” məlumat verir ki, bu barədə Meteorologiya Ümumi Müdirliyi sarı və narıncı kodlarla xəbərdarlıq edib.
İstanbul valisi Əli Yerlikaya sosial media hesabından açıqlama verərək əhaliyə xəbərdarlıq edib: “Əziz həmvətənlərim, Meteorologiya Region Müdirliyinin məlumatına görə, İstanbulda güclü külək və tufan gözlənilir. Xüsusilə məktəblərdə, nəqliyyatda və parklarda ehtiyatlı davranaq”.