istanbulda-cin-ati-filminin-teqdimati-kecirildi

İstanbulda “Cin Atı” filminin təqdimatı keçirildi

Türkiyənin İstanbul şəhərində yerləşən Ataşəhir Bələdiyyəsinin “Mustafa Saffet Kültür Mərkəzi”ndə Azərbaycanın əməkdar aktrisası Dilarə Əliyevanın “Cin atı” komediya filminin qalası keçrilib.

Türkiyədə fəaliyyət göstərən “Xarı Bülbül” Vizyon Teatr Birliyinin təşkilatçılığı ilə keçrilən Qala gecəsində öncə aktrisanın sənətsevərləlrə görüşü olub. İki ölkə arasında Mədəniyyət körpüsünün qurulduğunu bildirən “Xarı Bülbül Vizyon Teatr Birliyi”nin rəhbəri Kəmalə Kamal “Biz Birlikte Güçlüyüz” devizi altında ikinci tədbirin baş tutduğunu və bundan sonra da silsilə tədbirlərin keçiriləcəyini vurğulayıb. “Biz mədəniyyət siyasəti istiqamətində Prezident İlham Əliyevin “Azərbaycan və Türkiyə hökuməti arasında Mədəniyyət sahəsində işbirliyi anlaşması” ilə baglı qərarına əsasən tədbilər planı həyata keçiririk, məqsədimiz sənətçilərimizi, teatr və kino sənətimizi daha çox tanıtmaq, təbliğ etməkdir”.

Yaradıcılığından bəhs edən videoçarxın nümayişindən sonra söz verilən sənətçimiz, Dilarə Əliyeva O, “Azərbaycan və Türkiyə can, qan bağı ilə baglıdır. Azərbaycanın dərdi Türkiyənin, Türkiyənin dərdi Azərbaycanındır. Türkiyə və Azərbaycan tarixdən, anadan atadan bağlıdır. Biz bu sevgini Prezident İlham Əliyev Türkiyədən danışanda onun gözlərində, Rəcəb Tayib Erdoğanın Azadlıq meydanında söylədiyi Laçın şerində bir daha gördük. Türklük və qardaşlıq əbədidir və Turana qədər yolu var”, - deyərək, iki qardaş ölkənin bir birinə bağlılığından danışıb. Dilarə Əliyeva onunla görüşə gələn pərəstişkarlarının suallarını cavablandırdıqdan sonra “Cin atı”  filmi nümayiş olunub.

Tədbirə ziyalılarımız, Türkiyə universitetlərində tədris keçən müellimlerimiz, Türkiyənin teatr ve kino sektorunda tanınmış simalar sırasında Ali Savaşçı kimi aktyor da iştirak etmişdir.

 Qeyd edək ki, böyük rəğbət qazanan filmdən sonra Türkiyə film rejissorlarından aktirisaya bir çox iş təklifləri də gəlib

“Xarı Bülbül Azerbaycan Vizyon Tiyatro Birliyi” ve “Soy Production” arasında layihələrin həyata keçirilməsi haqqında planlar müzakirə edilib.